Qırğızıstan Premyer Liqasının 19-cu turunda “Ozqon” doğma meydanda “Neftçi”ni (Koçkor-Ata) 3:2 hesabı ilə məğlub edib.
İdmanxeber.az-ın məlumatına görə, azərbaycanlı hücumçu Orxan Əliyev matçda 2 qol vuraraq komandasına qələbə qazandırıb.
19 turdan sonra “Ozqon” 28 xalla turnir cədvəlində 2-ci yerdədir.