AZ

Macarıstanın iqtisadi diplomatiyası və ixrac strategiyası Bakı Forumunda təqdim olundu

Bakı. Trend:

Macarıstanın iqtisadi diplomatiyası və ixrac strategiyası iləbağlı nəticələri təqdim olunub.

Trend xəbərverir ki, bu barədə Xarici İqtisadi Əlaqələr üzrə Dövlət Katibininmüavini və Macarıstan İxracın Təşviqi Agentliyinin (HEPA) başicraçı direktoru Katalin Bihari Bakıda keçirilən 1-ci AzərbaycanBeynəlxalq İnvestisiya Forumunda bildirib.

Onun sözlərinə görə, Macarıstan çox böyük ölçüdə ticarət vəinvestisiyaya əsaslanan bir ölkədir: "İqtisadiyyatımızın uğuru,ticarət və investisiya strategiyamızın nə qədər uğurlu olmasındanasılıdır. Buna görə də iqtisadi diplomatiya həm xarici ticarət, həmdə xarici siyasətimizin mərkəzində dayanır.
İqtisadiyyatımızın nə qədər açıq olduğunu göstərmək üçün bir neçərəqəm gətirmək istərdim. İxrac baxımından Macarıstan dünya üzrə34-cü yerdədir, halbuki əhalinin sayı üzrə 96-cı yerdəyik. Buradaniqtisadiyyatımızın nə qədər açıq olduğunu görmək olar. ÜDM-ənisbətdə ixrac göstəricisi son bir neçə ildə davamlı olaraq 80-85%arasında olub. Bu da ticarət və investisiyaya nə qədər əhəmiyyətverməli olduğumuzu göstərir".

K. Bihari qeyd edib ki, ticarət sahəsində bizdə ixtisaslaşmışticarət və ixrac strategiyası mövcuddur ki, bu, həm coğrafi, həm dəsektor baxımından diversifikasiya baxımından çox vacibdir:

"Strateji məqsədlərimizdən biri də kiçik və orta sahibkarlığın(KOS) ixracdakı payını artırmaqdır. İnvestisiyalar baxımından isəMacarıstanın çox uğurlu bir ölkə olduğunu fəxrlə qeyd edə bilərəm.Bu uğur, aşağı vergi siyasəti və yaxşı düşünülmüş strategiyasayəsində mümkün olub: korporativ vergi yalnız 9%, fərdi gəlirvergisi 15% sabit.

Bundan əlavə, Macarıstana investisiya qoymaq istəyən potensialinvestorlar üçün müxtəlif stimullar təqdim olunur.
Ticarət siyasəti ilə bağlı olaraq, bizim fikrimizcə, siyasisəbəblərlə tətbiq olunan ticarət məhdudiyyətləri düzgün yol deyil.Biz əlaqəliliyi əsas götürməli və “riskdən qorunma” və “ayrılma”siyasətinə qarşı olmalıyıq. Bu, beynəlxalq siyasətimizin və ümumiticarət strategiyamızın əsasını təşkil edir".

"Bu məqsədlərə nail olmaq və hədəfləri həyata keçirmək üçün qeydetmək lazımdır ki, xarici ticarət və investisiya siyasəti Xariciİşlər Nazirliyi tərəfindən nəzarət olunur. Macarıstanda bu nazirlikhəm Xarici İşlər, həm də Ticarət Nazirliyi funksiyalarını yerinəyetirir. Buna görə də diplomatiya və iqtisadi diplomatiyainteqrasiya olunmuş şəkildə həyata keçirilir və biz buna beynəlxalqinvestisiya və ticarət strategiyasını effektiv aparmağın ən yaxşıyolu kimi baxırıq. Nəticə olaraq, dəvət üçün bir daha təşəkküredirəm və ümid edirəm ki, bugünkü dialoqlar və müzakirələrsayəsində ticarət və investisiya əlaqələrimizi daha da genişləndirəbiləcəyik. Gələn il yenidən gəlməyi səbirsizliklə gözləyirəm. Çoxsağ olun", - Katalin Bihari əlavə edib.

Məqalədə:
Seçilən
52
1
az.trend.az

2Mənbələr