Bakı. Trend:
Avropa İttifaqı Azərbaycanın minalaradan ziyan çəkmişrayonlarına dəstəyi davam etdirəcək.
Trend xəbər verirki, bu haqda Avropa Komissiyasının Aİ-nin genişlənmə məsələləriüzrə komissarı Marta Kosun Azərbaycan və Ermənistan səfərlərininnəticələrinə dair bəyanatında deyilir.
Səfər zamanı komissar Kos Aİ-nin Cənubi Qafqazda sülh, sabitlikvə iqtisadi inkişafa sadiqliyini təsdiqləyərək Ermənistan vəAzərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinədəstək verdiyini vurğulayıb. O, ticarət marşrutları, infrastrukturlayihələri və insanlar arasında əlaqələrin inkişafı vasitəsiləregional əlaqələrin gücləndirilməsinin vacibliyini qeyd edib.
Azərbaycan səfəri çərçivəsində Aİ ilə iqtisadi əməkdaşlığıngenişləndirilməsi və "Global Gateway" təşəbbüsü çərçivəsindəinvestisiyaların cəlbi məqsədilə Yüksək Səviyyəli İqtisadi İşçiQrupunun yaradılması barədə razılıq əldə olunub.
O, həmçinin Aİ-nin humanitar minatəmizləmə sahəsində dəstəyinidavam etdirəcəyini təsdiqləyib: Aİ və onun üzv dövlətləri “TeamEurope” təşəbbüsü çərçivəsində 23 milyon avroya qədər vəsaitayırır.
“Səfərim zamanı verilən bəyanatlar bu baxışı konkret resurslarladəstəkləyir, son diplomatik irəliləyişi bütün region üçün realnəticələrə çevirir”,- deyə Kos bildirib.