AZ

Dərnəgül bazarı sökülür: sırada hansı yerlər var? Açıqlama

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakının şəhərsalma planı çərçivəsində köhnə obyektlərin sökülməsi məsələsi gündəmə gəlib. Məsələn, yaxın vaxtlarda Dərnəgül bazarının bu sırada yer alacağı məlum olub. Sözügedən addım ictimaiyyətdə müxtəlif reaksiyalar doğurub. Bəziləri bunu şəhərin abadlaşdırılması üçün müsbət qiymətləndirir, digərləri isə gələcəkdə hansı yerlərin siyahıya düşə biləbəyini sorğulayır.

Dərnəgül bazarından sonra Bakıda daha hansı bazarlar sökülməlidir? Bu addımların şəhər infrastrukturuna təsiri necə olacaq?

Globalinfo.az-a danışan deputat Razi Nurullayev deyib ki, bu layihə Heydər Əliyev və Ziya Bünyadov prospektləri arasında, o cümlədən Böyükşor gölü ətrafındakı əraziləri əhatə edir:

“Həmin zonada mövcud evlərin, obyektlərin sökülməsi, ərazilərin yenidən tikilməsi və abadlaşdırılması planlaşdırılır. Məsələ yalnız tikililərdən ibarət deyil, orada yaşayan minlərlə sakin və fəaliyyət göstərən sahibkarların taleyi də sual altındadır. Onlar uzun illər bu ərazilərdə yaşayıb, ev tikib, biznes qurublar. Buna görə də köçürülmə prosesi təbii olaraq həm sosial, həm də psixoloji narahatlıq doğurur. İnsanlar bilməlidirlər ki, növbəti mərhələdə harada yaşayacaqlar, bizneslərini necə davam etdirəcəklər və hansı şərait onlara təqdim olunacaq. Bu məsələlər aydınlaşdırılmadan söküntüyə başlanması düzgün yanaşma hesab edilə bilməz. Şəhərsalma baxımından sözügedən ərazilərin abadlaşdırılmasına ciddi ehtiyac var. Hazırkı vəziyyət pərakəndə və səhmansızdır, yeni infrastrukturun qurulmasına imkan vermir. Bakının Baş Planına uyğun olaraq yolların salınması, müasir tikililərin inşası və səliqəli mühitin yaradılması vacibdir. Lakin belə təşəbbüslərlə yanaşı, həmin prosesdən təsirlənən vətəndaşların və sahibkarların maraqları da qorunmalıdır”.

Razi Nurullayev

Deputat qeyd edib ki, köçürülmə başlamazdan öncə bütün mexanizmlər – yeni məkanlar, kompensasiya şərtləri və iş şəraiti dəqiq müəyyən edilməli, yazılı şəkildə təqdim olunmalıdır:

“Dərnəgüldən sonra digər bazarların sökülməsi məsələsinə keçməzdən əvvəl qeyd edilənlərə diqqət yetirilməli, sonra digərlərinin söküntüsü planlaşdırılmalı və qərar verilməlidir. Sahibkarlarla sakinlər öz qazanc və yaşayış imkanlarını yeni şəraitdə də qoruya bilməlidirlər. Əks halda, sosial narazılıq qaçılmaz olacaq. Sosial sabitlik hər zaman prioritet saxlanmalı, heç bir vətəndaşın qazancı və yaşayışı təhlükə altına salınmamalıdır”.

Ləman İmran

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
globalinfo.az

1Mənbələr