AZ

Marqarita Simonyan xəstəliyini açıqladı

“Rossiya Seqodnya” xəbər agentliyinin və RT telekanalının baş redaktoru Marqarita Simonyan hazırda xərçəng xəstəliyindən müalicə olunur.

 Tribunainfo.az xəbər verir ki, bu barədə o, özünün Telegram kanalında bildirib.

“Həyat yoldaşım Tiqran hələ də komadadır, mən isə xərçəngdən müalicə alıram, ortada yaxşı olan heç nə yoxdur”,- o yazıb.

 

Jurnalist əlavə edib ki, “yaxşıyam” demək istərdi, amma yalan danışmaq istəmir.

 

“Tezliklə məni parikli görəcəksiniz”, – Simonyan əlavə edib.

 

RT-nin baş redaktoru sentyabrın 7-də “Vladimir Solovyovla axşam” verilişində “dəhşətli, ağır xəstəlik”lə bağlı əməliyyatdan danışıb. O, əvvəcə həkimlərin diaqnozunu açılqlamayıb və əməliyyatın döş qəfəsində aparılacağını söyləyib.

 

Ertəsi gün o əməliyyat olunub.

Seçilən
7
2
tribunainfo.az

10Mənbələr