AZ

Rusiya son "S-400"lərin Hindistana çatdırılma tarixini açıqlayıb

Rusiya gələn il Hindistana beş "S-400" “Triumf” hava hücumundan müdafiə raket kompleksinin tədarükünü başa çatdıracaq.

Qaziler.az xəbər verir ki, bu barədə TASS-a Rusiyanın xarici ölkələrlə hərbi-texniki əməkdaşlıq sistemindəki mənbə bildirib.

Agentliyin mənbəsi dəqiqləşdirib ki, bu günə qədər dörd belə sistem təhvil verilib.

May ayında Hindistanın Baş naziri Narendra Modi Rusiyanın "S-400" sistemlərini “güclü dəstək” adlandırıb və onların Pakistanla münaqişədə mühüm rol oynadığını bəyan edib. Media xəbər verir ki, Nyu Dehli mayın 8-də Pakistandan edilən hücumları dəf etmək üçün iki dəfə Rusiyanın raket sistemlərindən istifadə edib. İslamabad da sistemlərdən birini məhv etdiyini iddia edib, lakin Hindistan bunu təkzib edib.

Rusiya və Hindistan 2018-ci ildə "S-400" sistemlərinin tədarükü üçün müqavilə imzalayıb. Ölkə Çin və Türkiyədən sonra hava hücumundan müdafiə sisteminin üçüncü xarici alıcısı olub. Ümumilikdə, Nyu Dehli cəmi 5,43 milyard dollara beş alay sistemi satın alıb. Sistemlərin tədarükünün bu il başa çatdırılması gözlənilir.

QAZİLER.AZ

Seçilən
6
qaziler.az

1Mənbələr