AZ

Teleqrama qeydiyyat niyə ödənişli olub?

Son günlər istifadəçilər "Telegram"a yenidən qeydiyyatdan keçərkən təsdiq SMS-i almaq üçün ödəniş tələb olunduğunu bildirirlər. 

Operativ Media sözügedən vəziyyətlə bağlı araşdırma aparıb. Məlum olub ki, bu hal Azərbaycanla yanaşı başqa ölkələrdə də müşahidə edilir.

Səbəblər isə aşağıdakılardır:

● Mobil operatorların beynəlxalq SMS-lərlə bağlı yüksək tarifləri - yəni sizə gələn SMS üçün mobil operator "Teleqram"dan yüksək məbləğ tələb edir. 

● Tez-tez hesab silib-yenidən açan və ya saxta nömrələrlə qeydiyyat aparan istifadəçilər sistemə əlavə yük yaradır. Ödəniş tələbi həm də bu kimi halları məhdudlaşdırmaq məqsədi daşıyır.

●  Teleqram SMS xərclərini qarşılamaq üçün istifadəçilərə qısa müddətli "Telegram Premium" abunəliyi almağı təklif edir. Bu həm də şirkət üçün əlavə gəlir mənbəyinə çevrilir.

Beləliklə, qeydiyyat prosesinin ödənişli olması birbaşa "Telegram"ın xidmət siyasəti ilə deyil, əsasən mobil operatorların tətbiq etdiyi yüksək SMS qiymətləri ilə bağlıdır.

Seçilən
11
operativmedia.az

1Mənbələr