AZ

İrəvanda ermənilərdən Muradova sual: Qərbi Azərbaycan nə deməkdir?

BAKI, 22 sentyabr. TELEQRAF

“Qərbi Azərbaycan ifadəsi Ermənistana qarşı ərazi iddiası anlamına gəlmir”.

Teleqraf xəbər verir ki, bu barədə Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov İrəvanda jurnalistlərə açıqlamasında deyib.

Erməni jurnalistin “Qərbi Azərbaycan məsələsində söhbət nədən gedir, bu, ərazi iddiası deyilmi” sualına M.Muradov belə cavab verib:

“Xeyr. “Qərbi Azərbaycan” deyiləndə, bu, nəzərdə tutulmur. Bu, daha çox xalqın maraqlarına xidmət edən, mədəni irslə maraqlanan QHT-dir. Çünki onlar onlar uzun illər bu ərazilərdə (Qərbi Azərbaycanda – red.) yaşayıblar və insanlar öz doğmalarının məzarlarını ziyarət etmək istəyirlər və sair. Bu, daha çox mədəni irslə bağlı olan və xalqın maraqlarına xidmət edən anlayışdır”.

Xatırladaq ki, Türkiyə və Azərbaycandan olan nümayəndə heyətləri NATO Parlament Assambleyasının 22-23 sentyabr tarixlərində İrəvanda keçirilən seminarında iştirak edirlər.

Seçilən
14
2
teleqraf.com

3Mənbələr