AZ

Hindistanda kişi 33 ildir yalnız maşın yağı içir

Hindistanın Karnataka əyalətində yaşayan və “Neft adamı” ləqəbi ilə tanınan sakini son 33 ildə adi yemək və suyu maşın yağı ilə əvəz etdiyini iddia edərək internetdə populyarlıq qazanıb.

Qaziler.az xəbər verir ki, bu barədə “World of Buzz” saytı məlumat yayıb.

Hindistanlının sözlərinə görə, o, gündə səkkiz litrə qədər maşın yağı istehlak edir və əminliklə bildirir ki, səhhətində heç bir problem yoxdur. İnsanlar ona ənənəvi yemək - düyü və ya çapati yeməyi təklif etdikdə, o, qeyri-adi qidalanma rasionuna davam edərək edilən təkliflərdən nəzakətlə imtina edir.

Tibb mütəxəssisləri belə bir qidalanma ilə sağ qalma ehtimalını inkar etməkdə yekdil və qətidirlər. Həkimlər xəbərdarlıq edirlər ki, motor yağı tərkibində karbohidrogenlər, ağır metallar (qurğuşun, mis) və kimyəvi əlavələr olan yüksək zəhərli neft məhsuludur. Bu maddələrin hətta kiçik dozalarının qəbulu ağır zəhərlənməyə və qaraciyərə, böyrəklərə və sinir sisteminə gsağalmaz zərər verə bilər.

QAZİLER.AZ

Seçilən
1
qaziler.az

1Mənbələr