AZ

Baş Prokurorluq vətəndaşın şikayətinə dair açıqlama yayıb

Baş Prokurorluğun sosial media səhifəsində paytaxtın Nərimanov rayon sakini Süleymanov Zeyqəm Muradəli oğlu özünə məxsus hesabdan prokurorluq orqanlarına ünvanladığı şikayətinə obyektiv baxılmamasına dair bir neçə dəfə məlumat paylaşmışdır.

Bildirilir ki, vətəndaş Z.M.Süleymanov dəfələrlə etdiyi şikayətlərində təkidlə keçmiş gəlininin öz azyaşlı övladına fiziki zor tətbiq edərək işgəncə verməsi ilə bağlı məsuliyyətə cəlb edilməsini tələb etmiş, lakin araşdırmalarla göstərilən faktlar təsdiq olunmamışdır.

Müvafiq qərar Baş Prokurorluq tərəfindən də öyrənilərək qanuni və əsaslı hesab edilmiş, vətəndaş dəfələrlə qəbul edilərək dinlənilmiş və ona qanunvericiliyin tələbləri ətraflı izah olunsa da, sonuncu israrla əsassız tələblərini davam etdirmişdir.

Seçilən
4
19
operativmedia.az

10Mənbələr