AZ

Prezident Fond yaratdı Tıxaclar azalacaq?

ain.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prezident İlham Əliyevin fərmanı ilə dövlət büdcəsinin tərkibində “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondu yaradılıb. Fondun gəlirləri yanacaq vergisinin bir hissəsindən və Bakıda tətbiq ediləcək ödənişli hərəkət zonalarından toplanacaq vəsait hesabına formalaşacaq.

Bu qərarın tətbiqi ilə bağlı bir sıra suallar ortaya çıxır. Belə ki, yeni fondun yaradılması paytaxtda tıxacların qarşısını alacaqmı? İqtisadi baxımdan ölkəni hansı dəyişikliklər gözləyir?

Mövcud suallarla bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli ödənişli yolların tıxaclarla birbaşa əlaqəsinin olmadığını bildirib.  pizza mizza

Onun sözlərinə görə, tıxacların azaldılması üçün şəhər infrastrukturu yenilənməli, paytaxtın yükü yüngülləşdirilməlidir:

“Bunun üçün isə Bakıda yerləşən bir sıra dövlət qurumlarının və ali təhsil müəssisələrinin şəhərdən kənara köçürülməsi vacibdir. Əslində, ödənişli yollar şəhər daxilində deyil, əsasən şəhərlərarası magistrallarda tətbiq olunur. Məsələn, Bakı–Quba yolu buna nümunədir. Bu, kifayət qədər səmərəli sayılır və sürücülərin də marağına səbəb olur”.

N.Cəfərli şəhər mərkəzində bu təcrübənin həyata keçirilməsinin həm çətin, həm də sosial bərabərsizlik yaradan bir proses olacağını əlavə edib. 

Onun fikrincə, imkanlı insanlar ödəniş edərək mərkəzə daxil ola biləcək, digərləri isə bundan məhrum qalacaq:

“Bu da haqlı narazılıqlara yol aça bilər. Digər tərəfdən, tıxac probleminin real həlli üçün ictimai nəqliyyatın səmərəli işləməsi vacibdir. İnsan seçim qarşısında qalanda düşünməlidir ki, avtomobildən imtina edib metro və ya avtobusdan istifadə etsin. Lakin hazırda Bakı metrosunda gündəlik sıxlıq müşahidə olunur, avtobuslar isə lazımi səviyyədə fəaliyyət göstərmir. Sərnişin axını çoxdur, marşrutlar arasında inteqrasiya zəifdir. Belə şəraitdə ödənişli yolların tətbiqi əsasən vətəndaşlardan əlavə vəsait toplamağa xidmət edə bilər. Bunun tıxac problemini tamamilə həll edəcəyi fikri isə reallığa uyğun deyil”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
1
yenisabah.az

2Mənbələr