AZ

Eldar Baxışın yeni şerlər kitabı çap olundu

ain.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Qanun" nəşriyyatında Eldar Baxışın “Zaman durna köçüdür” adlı şeirlər kitabı çap olunub.

Kulis.az xəbər verir ki, nəşrin tərtibçisi şair İlham Qəhrəmandır.

Kitabda Eldar Baxışın indiyə qədər çap olunan kitablarından, ev arxivindən və vaxtilə dövrü mətbuatdan götürülmüş şeirləri toplanıb.

8 bölmə və 472 səhifədən ibarət nəşrdə şairin taleyi, Vətən sevgisi, insanların saf məhəbbəti, müasirlərinin zəngin mənəvi dünyası, azadlıq ideallarının tərənnümü, eləcə də haqsızlığa qarşı barışmaz mövqeyi öz əksini tapır.

Tərtibçinin verdiyi məlumata görə, şairin bu kitabında onun 197 (silsilə ilə bir yerdə 230-dan çox) şeiri və 5 poeması yer almışdır.

Toplunun ön söz müəllifi mərhum ədəbiyyatşünas alim İradə Musayevadır.

Qeyd edək ki, “Zaman durna köçüdür” İlham Qəhrəmanın tərtib etdiyi beşinci kitabdır.

“Mavi dənizin sahilində” filminin 90 yaşı tamam olur

"Vüsal yollarına qar ələnibdir..." - Əlibala Hacızadənin hansı əsəri əsasında Azərbaycanın ilk teleserialı çəkilmişdi?

Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı başlayır

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
2
kulis.az

3Mənbələr