Azərbaycanda şirkətlər son bir ayda 50 kiloqramlıq kisə üçün ən yüksək qiymət 28 manat, ən aşağı qiymət isə 26.50 manat təşkil edirdisə, 18 sentyabr tarixinə bu aralıq 25.80–28 manat arasında dəyişib.
Banker.az bunu Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məlumatına istinadən xəbər verir.
Beləliklə, minimum qiymət 70 qəpik və ya 2.6 faiz ucuzlaşıb, maksimum qiymət isə dəyişməyib.
Qiymət artımı daha çox “AVETA” MMC-də (26.60 manatdan 26.70 manata, 0.4 faiz), “KARAT HOLDING” MMC-də (26.60 manatdan 26.70 manata, 0.4 faiz) və bir sıra kiçik istehsalçılarda qeydə alınıb. Ən ciddi azalma “Dəvəçi-Dayirman” MMC-də olub, burada qiymət 26.60 manatdan 26 manata enib ki, bu da 2.3 faizlik azalma deməkdir. “Hazartürk LTD” MMC-də qiymət 26.60 manatdan 26.20 manata düşüb, azalma 1.5 faiz təşkil edib. “Dəniz un sənayesi LTD” MMC-də isə 26.60 manatdan 26.50 manata geriləmə qeydə alınıb.