AZ

Azərbaycan və Belarus arasında hərbi əməkdaşlığın gücləndirilməsi müzakirə edilib

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - müdafiə nazirinin birinci müavini general-polkovnik Kərim Vəliyev belaruslu həmkarı general-mayor Pavel Muraveyko ilə görüşüb...

Bu barədə "Report" Belarus Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

"Görüş zamanı ikitərəfli hərbi əməkdaşlığın cari vəziyyəti müzakirə edilib və qarşılıqlı maraq doğuran sahələrdə əlaqələrin intensivləşdirilməsi yolları müəyyənləşdirilib", - məlumatda bildirilib.

Qeyd edək ki, K.Vəliyev hazırda Belarusda səfərdədir.

Poliqon.info

Seçilən
38
6
poliqon.info

7Mənbələr