AZ

Ərdoğan Trampla görüşməyə gedir: Böyük müqavilələr imzalanacaq

Azvision portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Səfər ərəfəsində Türkiyə ABŞ mallarına əlavə vergini ləğv edib. Həmin vergi 2018-ci ildə amerikalı keşiş Endryu Bronsonun həbsi nəticəsində yaranan gərginlik zamanı tətbiq edilmişdi. Səfər zamanı “F-35” təyyarələri ilə bağlı yaranmış vəziyyətə aydınlıq gətiriləcəyi də gözlənilir. Yada salaq ki, ABŞ Türkiyəyə “Patriot” sistemləri satmadığı üçün Ankara Rusiyadan “C-400” raketləri almış, nəticədə Vaşinqton onu “F-35” layihəsindən kənarlaşdırmışdı. Məhz bu mövzu Türkiyənin ABŞ və NATO ilə münasibətlərinin korlanmasında əsas rolu oynamışdı. “Bloomberg”ə görə Ankara 40 ədəd “F-35”, 40 ədəd “F-16 Viper” almaq niyyətindədir. Türkiyənin Rusiyadan aldığı “С-400” hava hücumundan müdafiə sistemləri üzərində ABŞ-nin nəzarət mexanizminin yaradılması haqqında da müzakirə aparılacaq. Amma Vaşinqtonun təzyiqlərinə baxmayaraq, Türkiyə “C-400”lərdən tam imtina etməyi düşünmür. Sərnişin təyyarələrinə gəlincə, hazırda Türkiyə hökuməti “Turkish Airlines” şirkətini ölkənin dünyadakı əsas brendlərindən birinə çevirmək istiqamətində çalışır. Buna görə də “Boeing Co.” İlə $900 milyardlıq müqavilə imzalanacaq. Bu gün keçirdiyi mətbuat konfransında Rəcəb Tayyib Ərdoğan Qəzza məsələsinin və Suriyadakı vəziyyətin əsas müzakirə mövzularından olacağını da vurğulayıb. Tariyel Həsənov

AzVision.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
1
azvision.az

2Mənbələr