Səhər yeməyi günün ən vacib qidasıdır və sağlam başlanğıc üçün xüsusi diqqət tələb edir.
Pravda.az bildirir ki, enerji və diqqəti yüksək saxlamaq üçün yumurta, yulaf, pendir, bal və təbii qatıq kimi məhsullar tövsiyə olunur.
Bu qidalar həm zülal, həm də liflə zəngin olduğundan uzun müddət toxluq hissi yaradır. Meyvə və tərəvəzlər isə vitamin balansını təmin edərək immun sistemini gücləndirir. Günə sağlam səhər yeməyi ilə başlamaq məhsuldarlığı artırır və yorğunluğun qarşısını alır.
Əminə Bayramova
Tarix: 22 Sentyabr 2025, 14:40