AZ

Anım Günü münasibəti ilə silsilə filmlər nümayiş olunacaq

BAKI, 22 sentyabr. TELEQRAF

"Azərbaycanfilm" kinostudiyası 27 Sentyabr Anım Günü münasibəti ilə silsilə filmlər nümayiş etdirəcək.

Teleqraf xəbər verir ki, bu barədə kinostudiyadan məlumat verilib.

Bildirilib ki, filmlər kinostudiyanın "YouTube" kanalında sentyabrın 26-da saat 12:00-da yayımlanacaq.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və “İctimai TV”nin birgə istehsalı olan “Görünməyən qəhrəmanlar” sənədli filmlər silsiləsi 5 filmdən ibarətdir: “27 Sentyabr” (Qələbənin ilk günü!), “Böyük əmr!” (Raket və Artilleriya Qoşunları), “Dövlət xətti!”, (Dövlət Sərhəd Xidməti), “Hərbi Hava Qüvvələri” və “Biz gəlirik!” (Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlı qrupu).

Hər biri 44 dəqiqə olan silsilədə müxtəlif qoşun növlərinin qəhrəman zabit və əsgər heyətinin 44 günlük müharibədə keçdiyi şərəfli döyüş yolundan bəhs edilir. Filmlərdə real döyüş xatirələri nəql olunur, eksklüziv kadrlar göstərilir.

Sənədli serialın prodüseri Fariz Əhmədovdur.

Seriyanın ilki - “Görünməyən qəhrəmanlar - 27 sentyabr” bölümünün ssenari müəllifi və rejissoru Seyran Mahmudoğludur.

Seçilən
5
2
teleqraf.com

3Mənbələr