AZ

Kərim Vəliyev Belarusa getdi

Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Belarusa işgüzar səfər edib.


Manset.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Belarus  Silahlı Qüvvələrinin Baş Qərargah rəisi – müdafiə nazirinin birinci müavini general-mayor Pavel Muraveykonun dəvəti ilə bu ölkəyə işgüzar səfəri başlayıb. 

Səfər çərçivəsində K. Vəliyevin belaruslu həmkarı ilə görüşü nəzərdə tutulub.

Seçilən
1
15
manset.az

10Mənbələr