AZ

Dünya Bankının regional direktoru Qara dəniz sualtı kabel layihəsinin potensialı barədə danışıb

Bakı. Trend:

Qara dəniz sualtı kabel layihəsi enerji təhlükəsizliyini, CənubiQafqaz, Mərkəzi Asiya və Avropa arasında rəqəmsal əlaqəliliyi vəinteqrasiyanı gücləndirəcək.

Trend xəbər verirki, bu barədə Dünya bankının Cənubi Qafqaz üzrə regional direktoruRoland Prays Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiyaForumunda çıxışında danışıb.

“Bu təşəbbüs Cənubi Qafqaz və Avropa İttifaqının elektrik vərəqəmsal bazarlarını Gürcüstan və Rumıniyada çıxış nöqtələri iləbirləşdirəcək. Potensial böyükdür və region inteqrasiyasına dahaçox diqqət yetirildikcə, Cənubi Qafqazın digər ölkələri də bundanfayda götürə biləcək”, -deyə o bildirib.

R.Praysın sözlərinə görə, Cənubi Qafqaz və Mərkəzi Asiya sadəcətranzit marşrutları deyil, inkişaf edən tərəqqi, innovasiya vəregionlararası əməkdaşlıq mərkəzləridir.

“Orta dəhliz kimi strateji marşrutlara investisiya qoymaq vəQara dəniz imkanlarından istifadə etməklə, region dayanıqlıçoxqütblü dünya nizamının formalaşmasında əsas rol oynaya bilər”,-deyə bank nümayəndəsi vurğulayıb.

Seçilən
11
az.trend.az

1Mənbələr