AZ

Kardioloqdan təəccübləndirən ETİRAF KONKRET

Konkret.az saytından alınan məlumata görə, ain.az bildirir.

“Mobil telefonlardan yayılan elektromaqnit sahəsinin ürək-damar sisteminə təsiri ilə bağlı hər hansı elmi fakt yoxdur. Telefonların yaratdığı radiasiya ionlaşdırıcı olmadığı üçün ürək və damarlar üzərində mənfi təsiri elmi araşdırmalarda sübut edilməyib”.

Bu fikirləri KONKRET.az-a mütəxəssis-kardioloq Emil Hasilov səsləndirib:

“Mobil telefonların radiasiyasının ürək-damar sisteminə təsir göstərdiyi barədə əlimizdə heç bir elmi sübut yoxdur. Onların şüalandırıcı təsiri demək olar ki, ürək-damar sisteminə aid edilmir”, – deyə həkim qeyd edib.

Bununla yanaşı, Emil Hasilov hava şəraitinin dəyişməsinin ürək xəstələrinin sağlamlığına birbaşa təsir göstərdiyini vurğulayıb. Onun sözlərinə görə, xüsusilə soyuq aylarda ürək-damar xəstəliklərində artım müşahidə olunur:

“Soyuq havada periferik damarlar daralır, nəticədə qanın mərkəzi damarlarda toplanması baş verir. Bu isə arterial təzyiqi artırır və ürək çatışmazlığı olan xəstələrdə vəziyyəti daha da ağırlaşdırır. Qış aylarında infarkt və insult riski yüksəlir”, – deyə kardioloq bildirib.

Mütəxəssis əlavə edib ki, isti aylarda isə başqa risklər meydana çıxır. Belə ki, bədən maye itirdiyinə görə qan laxtalanması artır, elektrolit balansı pozulur, bu da ürək ritm pozuntularına səbəb ola bilir:

“Yayda xəstələrə bol maye qəbul etməyi, günəş altında uzun müddət qalmamağı tövsiyə edirik. Çox vaxt arterial təzyiqi olan xəstələrin dərmanlarının dozasını azaldırıq. Qış aylarında isə əksinə, dərmanların dozasını artırmağa və ya dəyişdirməyə ehtiyac yaranır”.

Aynurə İsmayıl

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
konkret.az

2Mənbələr