Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov Ermənistanın paytaxtı İrəvanda keçirilən NATO Parlament Assambleyasının 108-ci Rouz-Rot seminarında iştirak edir. Bu barədə məlumatı “Report” yayıb.
Muradovun tədbir çərçivəsində keçiriləcək panel müzakirələrindən birində Azərbaycan-Ermənistan sülh prosesi və regional dinamika mövzusunda çıxış etməsi gözlənilir.
Seminar NATO PA-nın üzv və tərəfdaş ölkələrinin nümayəndələrinin iştirakı ilə regional təhlükəsizlik və diplomatik gündəm ətrafında fikir mübadiləsi üçün platforma rolunu oynayır.