AZ

Başına 10 milyon dollar mükafat qoyulmuşdu ABŞ dən foto paylaşdı

Unikal.az saytından alınan məlumata görə, ain.az bildirir.

Bir zamanlar İraqda ABŞ-yə qarşı döyüşmüş və Amerika tərəfindən başına 10 milyon dollar mükafat qərarı çıxarılmış Suriya keçid dövrünün prezidenti Əhməd Əl Şaraa Nyu-Yorkdadır. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, o, 23-29 sentyabr tarixlərində Nyu-Yorkda keçirilən BMT-nin 80-ci Baş Assambleyasında iştirak edəcək.  Əl Şaraa 1967-ci ildən BMT-də söz alacaq ilk Suriya Prezidenti olacaq.

Səfərdə ona Suriya xarici işlər naziri Əsəd Həsən Şeybani də müşayiət edir.

Bildirək ki, Şaraa gənc yaşlarında İraqda ABŞ-yə qarşı mübarizə apararkən əsir düşmüş, daha sonra  Suriyada müxalif “Heyət Təhrir eş-Şam”ı (HTŞ)  qurmuş və Əsəd rejiminə qarşı döyüşmüşdü. ABŞ-nin haqqında elan etdiyi 10 milyon dollarlıq mükafat qərarına baxmayaraq, Şaraa 2023-cü ildə müxalifətlə birlikdə Şama daxil olaraq 14 illik vətəndaş müharibəsini başa vuran şəxs kimi tanınıb.

Onun BMT Baş Assambleyasındakı çıxışı yalnız Suriya üçün deyil, beynəlxalq siyasət baxımından da simvolik əhəmiyyət daşıyır.  

Gülayə Mecid 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
unikal.az

1Mənbələr