Türkiyə prezidenti Rəcəb Tayyib ƏrdoğanRusiya, Türkiyə və Çin arasında müttəfiqlik ideyasını hələ tam nəzərdən keçirmədiyini, lakin hər şeyin yaxşılığa doğru getməsini arzuladığını bildirib.
"Düzünü desəm, mən bu məsələni tam izləməmişəm, amma qoy olduğu kimi olsun" , - Türkiyə lideri jurnalistlərlə söhbətində deyib.
Həmçinin bildirək ki, Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı da Türkiyə, Rusiya və Çin arasında strateji ittifaq yaratmağı təklif edib.