Müvəqqəti işğal altında olan Mariupol şəhərində Rusiyanın 2023-cü ildə “göstəriş üçün” tikdiyi “Nevski” yaşayış kompleksində yeni tikililər dağılmağa başlayıb.
Herbiand.az bildirir ki, bu barədə ukraynalı jurnalist Denis Kazanski məlumat verib.
Onun sözlərinə görə, zəif yapışdırılmış izolyasiya və üzlüklər artıq divarlardan qopur: “Putin iki il əvvəl bu tikinti sahəsinə baxış keçirməyə gəlmişdi. O vaxt bu binaların Moskvanın yaxşı məhəllələrindən heç də pis olmadığını demişdi”.
Bəxtiyar CƏFƏRLİ