AZ

AFFA İntizam Komitəsi MOİK klubunun futbolçusunu cəzalandırıb

Sia Az portalından alınan məlumata görə, ain.az xəbər verir.

AFFA İntizam Komitəsi MOİK klubunun futbolçusu Samir Məhərrəmlini 3 oyunluq cəzalandırıb. SİA xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul olunub.

S.Məhərrəmli I Liqada II turun "Şimal" – MOİK görüşünün 90+4-cü dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb. Onun komandası isə buna görə 900 manat cərimələnib.

Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
3
sia.az

7Mənbələr