AZ

Pezeşkian: Ermənistanla əlaqələri genişləndirməyə hazıram

İran Prezidenti Məsud Pezeşkian Ermənistanla əlaqələri gücləndirmək və genişləndirməyə hazır olduğunu olduğunu bildirib.
Teleqraf xəbər verir ki, Pezeşkian bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan və Baş nazir Nikol Paşinyana bu ölkənin Müstəqillik Günü ilə əlaqədar ünvanladığı ayrı-ayrı məktublarda yazıb.

Məsud Pezeşkian iki ölkə rəhbərliyinin səyləri ilə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi prosesinin ümumi maraqlara və strateji hədəflərə uyğun davam edəcəyinə ümidvar olduğunu bildirib.

İran prezidenti həmçinin son illərdə Tehran və İrəvan arasında siyasi, iqtisadi və mədəni sahələrdə əldə olunan irəliləyişləri vurğulayaraq, hər iki tərəfin rəsmilərinin öhdəliklərinə sadiqliyinin ikitərəfli əlaqələrin daha da inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Pezeşkian qeyd edib ki, İran və Ermənistan arasında əlaqələrin möhkəmləndirilməsi təkcə Ermənistan və İran xalqlarının çiçəklənməsinə deyil, həm də bütün regionda “sülh və sabitliyə töhfə” verəcək.
Seçilən
6
3
sherg.az

4Mənbələr