AZ

İsrail Livanı vurdu: ABŞ vətəndaşı və övladları öldü - Foto

İsrailin PUA-larının Livanın cənubuna endirdiyi zərbələr nəticəsində üçü uşaq olmaqla, 5 nəfər ölüb.

Axar.az xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hücum zamanı daha 2 nəfər isə yaralanıb.

Livan parlamentinin sədri Nəbih Berri aviazərbələrdə ABŞ vətəndaşı olan ata və üç övladının həlak olduğunu bildirib.

Onun sözlərinə görə, uşaqların anasının vəziyyəti ağırdır.

İsrail ordusu isə açıqlamasında hücum zamanı Hizbullah üzvünün hədəf alındığını açıqlayıb.

Seçilən
19
9
axar.az

10Mənbələr