AZ

Nüsrət İbrahimov adının Adnan Əhmədzadə ilə hallanmasındandanışdı

Qiymətləndiricilər Palatasının sədri Nüsrət İbrahimov iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunan SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadənin Qiymətləndiricilər Palatasına maliyyə dəstəyi verməsi, Palatada rəhbər heyətin Adnan Əhmədzadənin tövsiyəsi ilə müəyyənləşməsi barədə iddialara aydınlıq gətirib.

Redaktor.az pravda.az-a istinadən xəbər verir ki, Nüsrət İbrahimov açıqlamasındadeyib ki, Qiymətləndiricilər Palatası ilə bağlı yayılan bu cür iddialar tamamilə əsassız və böhtan xarakteri daşıyır.

“Palatanın maliyyələşməsi yalnız üzvlük haqları və qanunvericilikdə nəzərdə tutulmuş rəsmi mənbələr hesabına həyata keçirilir. Hər hansı fiziki və ya hüquqi şəxsin Palataya maliyyə dəstəyi göstərməsi barədə deyilənlər tamamilə yalandır. Eyni zamanda Palatanın rəhbər heyəti heç bir şəxsin tövsiyəsi ilə deyil, Azərbaycan Respublikasının “Qiymətləndirmə fəaliyyəti haqqında” qanununa uyğun olaraq formalaşdırılıb. İqtisadiyyat və Maliyyə nazirliklərinin nümayəndələrindən ibarət Təşkilat Komitəsinin iştirakı ilə istər Rəyasət Heyətinin, istərsə də sədrin seçilməsi yalnız qanun çərçivəsində, və ölkə üzrə bütün qiymətləndiricilərin iştirak edtikləri konfransda müstəqil səsvermə yolu ilə həyata keçirilib. Bizi ləkələmək məqsədi daşıyan bu kimi uydurma xəbərlər qiymətləndirici peşəsinin nüfuzunu sarsıtmağa yönəlib. Qiymətləndiricilər Palatası hər zaman şəffaflıq, qanunçuluq və peşəkarlıq prinsiplərinə əsaslanıb və bu istiqamətdə fəaliyyətini davam etdirəcək. Mətbuat vasitəsilə səsləndirilən əsassız iddiaların cavablandırılması üçün hüquqi müstəvidə də müvafiq addımlar atmaq hüququmuzu saxlayırıq”, - sədr bildirib.

Qeyd: Jurnalist Samir Feyruzov bildirib ki, 2024-cü ilin sonunda təsis edilən Azərbaycan Qiymətləndiricilər Palatasının formalaşmasında Adnan Əhmədzadə əsas söz sahiblərindən biri olub.

“Palatanın sədri Nüsrət İbrahimovun və hər iki müavininin onun xeyir-duası ilə seçildiyi də söylənilənlər arasındadır. İddialara görə, Palatanın bütün maddi texniki avadanlıqları onun tərəfindən təmin edilib”, - S.Feyruzov qeyd edib.

Seçilən
17
2
redaktor.az

3Mənbələr