AZ

AQTA: Bağçada qidalanma düzgün və planlı olmalıdır

Bakı, 22 sentyabr, AZƏRTAC

Əsas yeməklər və qəlyanaltılar vaxtında, balanslı şəkildə verilməli, duzlu, şəkərli və yağlı qidalar minimuma endirilməlidir.

Unutmayaq ki, sağlam böyümə üçün yalnız qidalanma kifayət etmir.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a ünvanlanan videomaterialda deyilir.

Bildirilir ki, uşaqlar hər gün oyun oynamalı, hərəkət etməli və fiziki fəaliyyətlə məşğul olmalıdırlar. Bu isə sağlam bədən və güclü immunitet deməkdir.

Videomaterialı linkə daxil olmaqla izləmək mümkündür.

 

 

 

Seçilən
16
2
azertag.az

3Mənbələr