AZ

İndoneziyada Levotobi vulkanı 21 dəfə püskürüb

Ajans.az xəbər verir ki,bu barədə ölkənin Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzi məlumat yayıb. Mərkəzin açıqlamasına görə, kül qalxışı Levotobi Laki-Laki kraterindən 2000 metr hündürlüyə, yəni dəniz səviyyəsindən 3584 metrə çatıb. Vulkanik kül əsasən qərb və şimal-qərb istiqamətində sürətlə yayılır. Rəsmilər yerli sakinləri və turistləri maska və respiratorlardan istifadə etməyə, eləcə də hakimiyyətin göstərişlərinə ciddi şəkildə əməl etməyə çağırıblar. Levotobi vulkanı Flores adasının cənub-şərqində, əkiz zirvədən ibarət dağ massividir. Onlardan daha aktiv olan Levotobi Laki-Laki (1584 m), Levotobi Perempuan (1703 m) zirvəsindən 2,1 kilometr şimal-qərbdə yerləşir. İndoneziya 18 minə yaxın adadan ibarət olub, Sakit Okeanın “Od halqası” adlanan seysmik aktiv bölgəsində yerləşir. Bu səbəbdən ölkə tez-tez vulkan püskürmələri və zəlzələlərlə üzləşir. İndoneziyada 500-dən çox vulkan mövcuddur, onlardan təxminən 130-u aktivdir.

 

Seçilən
7
Ajans.az

1Mənbələr