AZ

Türk pilotlar NATO ölkələrinə nümunə göstərdi Ən yaxşı nümayiş uçuşu mükafatını qazandılar

Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Türkiyə Hərbi Hava Qüvvələrinin “Turkish Stars” pilotları 20-21 sentyabr tarixlərində Çexiyanın Ostrava yaxınlığındakı Moşnov hava limanında keçirilən “NATO Days in Ostrava & Czech Air Force Days” tədbirində “Ən yaxşı nümayiş uçuşu” mükafatına layiq görülüb.

Bu tədbir Avropada ən böyük təhlükəsizlik sərgisi hesab olunur və burada NATO və tərəfdaşlarının imkanları nümayiş etdirilir.

Tədbirdə 17 ölkə, o cümlədən ABŞ, Kanada, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, İspaniya, Belçika, Xorvatiya və Türkiyə iştirak edib. Təxminən 60 hava texnikası nümayiş olunub. Bunlara F-35A Lightning II döyüş təyyarələri, AV-8B Harrier hücum təyyarələri, Airbus A400M və Boeing KC-135 Stratotanker nəqliyyat təyyarələri, həmçinin UH-60 Black Hawk və NH90 helikopterləri daxildir.

Məlumata görə, Türkiyə pilotları NF-5A və NF-5B təyyarələrində uçuş nümayiş etdiriblər.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
azpolitika.info

1Mənbələr