“Arsenal”ın hücumçusu Qabriel Jesus klubdan getmək niyyətindədir.
İdmanxeber.az-ın məlumatına görə, 28 yaşlı braziliyalı forvard çarpaz bağlarının zədəsi səbəbindən mövsümün ilk yarısını buraxacaq.
Tez-tez zədələnməsi səbəbindən “topçular” onun xidmətindən imtina etməyi düşünür. Jesus yanvar transfer pəncərəsində yeni komanda axtarmağa hazırdır.
Futbolçuya həm Braziliya, həm də Avropa klubları maraq göstərir.