AZ

NATO sentyabrın 23-də Estoniyadakı təyyarə insidentini müzakirə edəcək

NATO sentyabrın 23-də Estoniyadakı təyyarə insidentini müzakirə edəcək

NATO üzv ölkələrinin nümayəndələri Estoniyada baş verən təyyarə insidentini 23 sentyabrda müzakirə edəcək.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib.

Onun sözlərinə görə, NATO müttəfiqləri siyasi və əməli tədbirlər planını müəyyən etmək üçün toplaşacaqlar.

Bundan əvvəl Estoniya baş naziri Kristen Mihal bildirib ki, ölkə rəhbərliyi Rusiya döyüş təyyarələrinin hava məkanını pozması iddiası ilə bağlı Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsinə əsasən NATO üzvləri ilə məsləhətləşmə tələb edib.

Qeyd edək ki, sentyabrın 19-da səhər üç Rusiya MiQ-31 təyyarəsinin Estoniya hava məkanına daxil olduğu bildirilib. Rusiya Müdafiə Nazirliyi isə açıqlayıb ki, MiQ-31 təyyarələri Estoniya hava məkanını pozmayıb.

Seçilən
5
afn.az

1Mənbələr