AZ

İran və Azərbaycan arasında enerji sektorunda ikitərəfli və çoxtərəfli əməkdaşlıq layihələri müəyyənləşib - Səfir Muctaba Dəmirçilu

Azərbaycan və İran arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq layihələrinin tənzimlənməsi üzrə işlərin tezliklə başa çatdırılacağı gözlənilir.

Day.Az xəbər verir ki. bunu Trend-ə özəl müsahibəsində İranın Azərbaycandakı səfiri Muctaba Dəmirçilu deyib.

Dəmirçilu əlavə edib ki, layihələrdən Xəzər dənizində neft rezervuarında əməkdaşlıq anlaşmasının icrası, İran-Azərbaycan-Rusiya arasında elektrik şəbəkəsinin sinxronlaşdırılması, Rusiya qazının Azərbaycan vasitəsi ilə İrana nəql olunması, Azərbaycan-İran-İraq arasında qaz svopu, Azərbaycan-İran-Pakistan arasında qaz və elektrik svopunu qeyd etmək olar.

"Enerji sektoru İran və Azərbaycan münasibətlərinin inkişafında böyük əhəmiyyət kəsb edir. İran və Azərbaycanın bu sahədə çox yaxşı münasibətləri var", - deyə o qeyd edib.

İran səfiri qeyd edib ki, İran Azərbaycanın enerji sektorunda çox yaxşı səviyyədə investisiya yatırıb. Eyni zamanda Türkmənistan qazının Azərbaycana svopu, Azərbaycan qazının Naxçıvana svopu iki ölkənin qaz sektorunda ümidverici əməkdaşlığını əks etdirir.

"İki ölkə Araz çayı üzərində birgə şəkildə istismar edilməsi üçün hidroqovşaqlar inşa edib və yaxın gələcəkdə həmin hidroqovşaqlarda Su Elektrik Stansiyaları tikiləcək", - deyə o qeyd edib.

Seçilən
17
3
day.az

4Mənbələr