AZ

İranın xarici işlər naziri ABŞ-yəgetdi

İranın xarici işlər naziri Abbas Əraqçi və rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün ABŞ-nin Nyu-York şəhərinə səfər edib.

Redaktor.az İran KİV-nə istinadən xəbər verir ki, xarici işlər naziri bu səfər zamanı BMT Baş Assambleyasının gündəliyi ilə bağlı sessiya və müzakirələrdə iştirak edəcək, İranın mövqeyini və fikirlərini izah edəcək.

Əraqçi həmçinin digər ölkələrdən olan həmkarları və mətbuat mənsubları ilə ayrı-ayrılıqda görüşlər keçirəcək və müzakirələr aparacaq.

Seçilən
14
3
redaktor.az

4Mənbələr