AZ

Qızılın qiyməti kəskin bahalaşa bilər! - XƏBƏRDARLIQ!

“Qızıl riskdən qorunma alətidir. Son dövrlər Azərbaycan Neft Fondu da yüksək həcmdə qızıl alıb. İqtisadi, siyasi və hərbi gərginliklər artarsa, qızıl bahalaşacaq. Bunların əksi fonunda isə qızıl ucuzlaşacaq. Vətəndaşlar hansı mülahizəyə daha çox inanırsa, həmin istiqamətdə addım ata bilər”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib. O bildirib ki, qızılın qiymətində son 1 ildə 40-50 faizə qədər bahalaşma var:

“Qızılın qiymətində son 1 ildə 40-50 faizə qədər bahalaşma var. Ümumiyyətlə bütün investisiya qərarlar həm də risklə müşahidə olunur. Yəni pul itkisi də ola bilər. İndi qızıl ən yüksək qiymətlərindədir. Bundan sonra da arta bilərmi, bəli bilər. Əksinə, aşağı da düşə bilər. İnvestisiya ilə bağlı hər zaman risk var. Buna görə də investisiya menecerləri həmişə investorlara portfellərinin diversifikasiya olunmasını tövsiyə edirlər. Yəni özlərinin investisiya və risk profilinə uyğun olaraq, portfelini hissəli olaraq bölüşdürməlidirlər. Portfelin müəyyən hissəsi, səhmdə, istiqrazda, qızılda, depozitdə və kriptovalyutada olmalıdır”.  Dördpendirli pizza

Ekspert qeyd edib ki, əgər dünyada risklər artarsa, qızılın qiyməti də birmənalı olaraq qalxacaq:

“Əgər dünyada risklər artarsa, qızılın qiyməti də birmənalı olaraq qalxacaq. Əgər ABŞ-də faiz dərəcələrinin kəskin endirilməsi məsələsi ortaya çıxarsa, qızılın qiyməti kəskin bahalaşa bilər. Qızıl həmişə ABŞ Mərkəzi Bankının faiz dərəcələrindən asılıdır. Çünki qızılın qiyməti dollarla ifadə olunur. Dollar ucuzlaşanda, qızıl bahalaşır. İkincisi isə, qızıl riskdən qorunma alətidir. Son dövrlər Azərbaycan Neft Fondu da yüksək həcmdə qızıl alıb. İqtisadi, siyasi və hərbi gərginliklər artarsa, qızıl bahalaşacaq. Bunların əksi fonunda isə qızıl ucuzlşacaq. Vətəndaşlar hansı mülahizəyə daha çox inanırsa, həmin istiqamətdə addım ata bilər”.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
1
1
yenisabah.az

2Mənbələr