AZ

Ermənistan vətəndaşlarının məhkəməsində Malıbəyli və Quşçular kəndlərinə hücumla bağlı sənədlər elan edilib

Bakı. Trend:

Sentyabrın 22-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikasıvətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesisənədlərin elan olunması ilə davam etdirilir.

Trend xəbər verir ki, elanedilən sənədlərdən biri 1992-ci ilin fevralında Şuşa rayonununMalıbəyli və Quşçular kəndlərinin iri və kiçikçaplı silahlardanintensiv atəşə tutulması, ağır texnikalardan istifadə etməklə həriki kəndə hücumla bağlı olub. Bu hadisələr nəticəsində Malıbəyikənd sakinlərindən 12 nəfər öldürülüb, 3 nəfər itkin düşüb,Quşçular kəndində isə 4 nəfər öldürülüb, 9 nəfər girovgötürülüb.

Daha bir cinayət işi - 1991-ci il sentyabrın 8-də Xocavəndrayonunda “Laz” markalı avtobusun atəşə tutulması faktı üzrə sənədtədqiq olunarkən bildirilib ki, Kiş kəndinin fermasınınyaxınlığında avtomat silahlarla silahlanmış ermənilər tərəfindənavtobusa açılan atəş nəticəsində 7 nəfər hadisə yerində ölüb, 27nəfər yaralanıb.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh vəinsanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədəntəcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onuzorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdətəqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarınınməhkəməsi davam etdirilir.

Məqalədə:
Seçilən
7
44
az.trend.az

10Mənbələr