BAKI, 22 sentyabr. TELEQRAF
“Düşmənin istənilən müdaxiləsi İran Silahlı Qüvvələri və İnqilab Keşikçiləri Korpusunun (SEPAH) sarsıdıcı cavabını alacaq”.
Teleqraf xəbər verir ki, bunu İran Ordusunun baş komandanı general-mayor Əmir Hatəmi deyib.
“İstənilən müdaxilə ordu və SEPAH-ın birgə, çevik, ağıllı və sərt cavabı ilə qarşılanacaq. Düşmən öz səhvini (İsrailin iyun ayında İrana hücumunu nəzərdə tutur - red.) təkrar edərsə, qəti və sarsıdıcı cavab alacaq”, - general bildirib.