Comex birjasında (Nyu-York Əmtəə Birjasının bölməsi) dekabr 2025 çatdırılmalı qızıl fyuçersləri üçün qiymət tarixi maksimuma çataraq ilk dəfə $3 750/tr. unsiya səviyyəsini keçib.
AFN.az birja məlumatlarına istinadən xəbər verir ki, səhər saat 09:44-də qızılın qiyməti $3 751,4/tr. unsiya (+0,54%) olub. Saat 10:10-a olan vəziyyətə görə, artım yavaşlayaraq $3 745/tr. unsiya (+0,37%) səviyyəsində ticarət edilib.
Eyni zamanda, dekabr 2025 çatdırılmalı gümüş fyuçersləri də Comex birjasında $44/tr. unsiya qiymətini ötərək, 22 avqust 2011-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.