AZ

Ağdərə sakini: Arzularımız gerçəkləşib, doğma torpaqlara qovuşuruq  

Biz bu günü illərlə gözləmişik. Doğma torpaqlara qayıtmaq hər zaman dilimizdən düşməyən ən böyük arzu, istək idi. Şükür qovuşdurana, arzularımız gerçəkləşib, doğma torpaqlara qovuşuruq.

Bu sözləri Tərtərdə AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Ağdərənin Həsənriz kəndinə köç edən keçmiş məcburi köçkün Nərminə Hüseynova deyib.

“Qarabağ torpağı bizim üçün əzizdir, müqəddəsdir. Onu müqəddəs edən həm də üzərinə tökülən şəhidlərin qanıdır. Biz şəhidlərimizi daim hörmətlə anır, onlara Allahdan rəhmət diləyirik”, - deyə Ağdərə sakini bildirib.

Seçilən
27
1
azerbaijan-news.az

2Mənbələr