AZ

Uşaqlıq travmaları xasiyyətə necə təsir edir?

Psixoloqların fikrincə, insanın uşaqlıq dövründə yaşadığı emosional təcrübələr gələcəkdə onun xasiyyətinin formalaşmasında mühüm rol oynayır. Erkən yaşlarda qarşılaşılan travmalar fərdin özünə inamına, sosial münasibətlərinə və emosional sabitliyinə birbaşa təsir göstərə bilər.

Far.Az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, sevgi və diqqət çatışmazlığı ilə böyüyən uşaqlar sonradan daha çox özünə qapanıqlıq və etimadsızlıq nümayiş etdirirlər. Əksinə, daimi tənqid və cəza ilə üzləşən uşaqlarda isə aqressivlik, əsəbilik və üsyankar davranışlar müşahidə oluna bilər.

Uşaqlıqda baş verən psixoloji sarsıntılar bəzi hallarda həddindən artıq məsuliyyət hissi, digərlərində isə qərarsızlıq və təşvişli davranışlara səbəb ola bilir. Psixoloqlar vurğulayırlar ki, bu travmalar insanın şəxsi münasibətlərinə, iş həyatına və hətta sağlamlıq vəziyyətinə də uzunmüddətli təsir göstərə bilər.

Mütəxəssislərin tövsiyəsinə görə, uşaqlıq travmalarının təsirlərini aradan qaldırmaq üçün psixoloji dəstək almaq, sağlam ünsiyyət qurmaq və emosional sabitliyi gücləndirən fəaliyyətlərlə məşğul olmaq vacibdir.

Seçilən
0
1
far.az

2Mənbələr