AZ

Reanimasiyadakı bütün xəstələr potensial donordur - Mərkəz sədri

"Azərbaycanda Vahid İnformasiya Sisteminin reyestrinə daxil olub orqanlarınızı bağışlamamısınızsa, sizin ailənizdən orqanların bağışlanması ilə bağlı soruşulur. Əgər reyestrdən keçmisinizsə, sizin ailənizə xəbər verilir. Məsələn, deyilir ki, sizin həyat yoldaşınız orqanlarını bağışlayıb və biz həmin orqanları götürəcəyik. Artıq o zaman ailə etiraz edə bilməz". 

Ölkə.az xəbər verir ki, bu sözləri Modern.az-a müsahibəsində Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi İdarə Heyətinin sədri Yeganə Abbasova bildirib:

Qazaxıstan, Türkiyə kimi ölkələrdə şəxs öz orqanlarını bağışlasa da, beyin ölümündən sonra onun ailəsindən razılıq alınır. Əgər ailə razı deyilsə, orqanları götürülmür. Azərbaycan qanunvericiliyi isə bu baxımdan daha təkmildir. 

Y. Abdullayeva? həmçinin reanimasiyada beyin ölümü reallaşan şəxslərin ailələrindən necə icazə aldıqlarını da izah edib:

Beyində 12 cüt baş-beyin sinirləri var. Bu sinirlərin fəaliyyətini yoxlayan testlər var. Reanimasiyada olan xəstə bütün testləri keçəndən sonra beyin ölümü dəqiqləşirsə, ailəsinə bu haqda məlumat verilir. Lakin meyit nə ailəsinə verilir, nə də orqanları götürülür. 12 saatdan sonra reanimatoloq və nevropatoloq testləri yenidən aparır. Əgər həqiqətən həmin şəxs sadəcə süni tənəffüs aparatına qoşulması ilə və ürəyi dayanmağa qoymayan dərmanlar hesabına yaşayırsa, onun ölümü təsdiqlənir. Reanimatoloqun transplantasiya haqqında xəstənin yaxınına nəsə söyləmə ixtiyarı yoxdur. Bizim nümayəndəmiz gəlib potensial donorun ən yaxın qohumlarından biri ilə söhbət edir və o icazə verirsə, meyitin orqanlarının qohumu tərəfindən bağışlanmasını göstərən xüsusi təsdiq olunmuş sənəd təqdim olunur. Orada bütün orqanların siyahısı var. Elə adam var hamısını, elə adam var sadəcə birini bağışlayır. Bu artıq insanlardan aslıdır. Onu da qeyd edim ki, əgər xəstənin orqanları yararlı deyilsə, biz yaxın qohumlarla söhbət aparmırıq. Çünki pasiyent xəstəxanaya daxil olanda bütün datalar əlimizdə olur".

Seçilən
16
4
olke.az

5Mənbələr