AZ

Sumqayıtda 1000 abonentin qazı kəsiləcək

Sumqayıt şəhərinin bəzi ərazilərində qazın verilişində fasilə olacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsindən məlumat verilib.

Bildirilib ki, şəhərin "Stansiya Sumqayıt", "Tuq zavod" adlanan ərazi və hərbi hissənin ətrafında yerləşən 159 mm-lik orta təzyiqli qaz xəttində sızmanın aradan qaldırılması ilə əlaqədar sentyabrın 22-də saat 13:00-dan etibarən təmir işləri yekunlaşana qədər 1000 abonentin qaz təchizatı dayandırılacaq.

Seçilən
18
4
qaziler.az

10Mənbələr