AZ

Əliyar Ağayev liderliyi ələ aldı - Baş hakimlərin sayı 13-ə çatdı

Misli Premyer Liqasında 5 tur geridə qalıb. Keçirilən 29 oyunda ("Sabah" - "Qarabağ" görüşü təxirə salınıb) 13 baş hakim iş başında olub. Son turda daha bir ədalət təmsilçisi bu mövsüm baş hakim kimi debüt edib. Elvin Bayramov "Karvan-Yevlax" - "İmişli" matçında iş başında olub. 

Fanat.Az-ın hesablamasına görə, 5 turda 3 oyuna təyinat alan hakimlərin sayı 6-ya çatıb. 

Söhbət Fərid Hacıyev, Əliyar Ağayev, Kamal Umudlu, Elçin Məsiyev, Rəvan Həmzəzadə və Cavid Cəlilovdan gedir. 

Son turda debüt edən Elvin Bayramovla yanaşı, Kamranbəy Rəhimov və Əli Əliyev isə cəmi 1 dəfə iş başında olublar.

Beş turda hakimlər 100 sarı və 3 qırmızı, ümumilikdə 103 vərəqədən istifadə ediblər. Bu da hər oyuna orta hesabla 3,6 vərəqə deməkdir. Hamıdan çox Əliyar Ağayev əlini cibinə atıb. O, 3 oyunda 11-i sarı, 2-si qırmızı olmaqla, 13 vərəqə göstərib.

Əliyar Ağayev - 3 oyun

meydan sahibi    6 sarı  2 qırmızı 
qonaqlar    5    0
cəmi:    11    2

Elçin Məsiyev - 3 oyun

meydan sahibi    5    0
qonaqlar    6    0
cəmi:    11    0

Kamal Umudlu  -  3 oyun

meydan sahibi    5    0
qonaqlar    5    0
cəmi:    10    0

Fərid Hacıyev - 3 oyun

meydan sahibi   6   0 
qonaqlar    3    0
cəmi:     9    0

Cavid Cəlilov - 3 oyun

meydan sahibi    2    0
qonaqlar    7    0
cəmi:    9    0

Rəvan Həmzəzadə  - 3 oyun

meydan sahibi    4    0
qonaqlar    3    0
cəmi:    7    0

Tural Qurbanov - 2 oyun

meydan sahibi  4    1
qonaqlar    7    0
cəmi:    11    1

İnqilab Məmmədov -  2 oyun

meydan sahibi  3   0
qonaqlar    6    0
cəmi:    9    0

Rəşad Əhmədov - 2 oyun

meydan sahibi    3    0
qonaqlar    6    0
cəmi:    9    0

Rauf Cabarov  -  2 oyun

meydan sahibi    2    0
qonaqlar    2    0
cəmi    4    0

Əli Əliyev  - 1 oyun

meydan sahibi  1    0
qonaqlar    3    0
cəmi:   4    0

Kamranbəy Rəhimov - 1 oyun

meydan sahibi  1    0
qonaqlar    2    0
cəmi:    3    0

Elvin Bayramov - 1 oyun

meydan sahibi  3    0
qonaqlar    0    0
cəmi:    3    0

Mirağa

Seçilən
17
3
fanat.az

4Mənbələr