AZ

Erməni və azərbaycanlı ortaqlar Samarada cəzalandırıldı – kütləvi zəhərlənmə işi

Rusiyanın Samara vilayətində 50 nəfərin ölümünə səbəb olan “Mister Sidr” içkisindən zəhərlənmə işi ilə bağlı hökm çıxarılıb.

Musavat.com ArbatMedia saytına istinadla xəbər verir ki, istehsalçı doqquz il, spirt tədarükçüsü isə səkkiz il həbs cəzası alıb.

Samara şəhərinin Krasnoqlinski rayon məhkəməsi sahibkarlar Anar Hüseynov və Artem Ayrapetyanı uzunmüddətli həbslərə məhkum edib. Hüseynov sidr, Ayrapetyan isə spirtli içkilər istehsal edib. Hər iki şəxs günahını qismən etiraf edib, lakin xammalda metanolun olmasından xəbərsiz olduqlarını bildiribıər.

Kütləvi zəhərlənmə 2023-cü ilin iyununda Rusiyanın bir sıra regionlarında baş verib. İçkinin nümunələrində ölümcül metanol çirkləri aşkar edilib. Müstəntiqlər müəyyən ediblər ki, istehsal xərclərini azaltmaq üçün sidr məmulatına etil spirti deyil, metil spirti əlavə edilib. Cəmi 48 000 litr “Mister Sidr” və “Leto Sidr” saxta etiketlə istehsal edilib.

Zəhərlənmə nəticəsində 50 nəfər ölüb, 66 nəfər xəsarət alıb.

Bundan əvvəl məhkəmə keçmiş polis zabiti İvan Qrebenkin və onun iki şərikini Daxili İşlər Nazirliyinin Samara vilayətindəki anbarından metil spirti oğurlamaqda təqsirli bilib. Məhz bu spirt sonradan təhlükəli içkinin istehsalında istifadə olunub.

Seçilən
13
5
editor.az

6Mənbələr