AZ

ƏHD Partiyası hökumətə çağırış edib: “Ciddi qərarlar qəbul edilməlidir”

ƏHD Partiyasının İdarə Heyətinin növbəti iclası keçirilib. İdarə Heyəti ictimai-siyasi məsələlərin müzakirəsindən sonra Bəyanat qəbul edib.


ƏHD Partiyası mətbuat xidmətindən verilən məlumata görə, Bəyanatda deyilir:


ƏHD Partiyasının İdarə Heyəti ictimai-siyasi vəziyyəti müzakirə edərək, Baş Prokurorluğu və Dövlət Təhlükəsizlik Xidmətini, böyük ictimai rezonans doğuran Adnan Əhmədzadənin həbsi ilə əlaqədar, ölkənin gözdən salınmasına xidmət edən şayiələrin qarşısının alınması üçün, rəsmi məlumat yaymağa çağırır.


ƏHD Partiyası Dərnəgül tikinti materialları bazarının şəhərin kənarına köçürülməsi barədə hökumətin qərarını müdafiə edir, hökuməti o cümlədən cəzaçəkmə müəssiələrinin, Heydər Əliyev adına Neft Emalı Zavodunun özəlləşdirilməklə, həmçinin "Baku Steel Company" QSC-nin şəhərin kənarına köçürülməsi, Sədərək bazarının yüksək təhlükəsizlik standartlarına uyğun şəkildə yenidən tikilməsi barədə də qərarlar qəbul etməyə çağırır.


ƏHD Partiyası ölkə iqtisadiyyatını canlandırmaq üçün tikinti sektorunda inhisarçılığa və proteksionizmə son qoyulması üçün hökuməti ciddi qərarlar qəbul etməyə, SOCAR, AZAL kimi iri şirkətlər də daxil olmaqla, dövlət müəssiələrini və xidmət sahələrini özəlləşdirməyə çağırır.

Seçilən
4
3
moderator.az

4Mənbələr