AZ

Metyu Brayza: Zəngəzur dəhlizi Azərbaycana böyük investisiyalar gətirə bilər

Metyu

Zəngəzur dəhlizi Azərbaycana böyük investisiyalar gətirə bilər.

Bunu ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza Beynəlxalq İnvestisiya Forumunda deyib.

Azərbaycanın Türkiyə, Gürcüstan və Avropa ilə qarşılıqlı əlaqələrindən istifadə edərək öz müstəqilliyini gücləndirdiyini vurğulayan Brayza qeyd edib ki, Azərbaycan cazibədar bir investisiya mühiti yaradıb.

“O vaxt Heydər Əliyev Azərbaycan neft-qazını dünyaya açıq elan etdi və dedi ki, biz xarici investorları cəlb etməliyik. O vaxtlar ABŞ-ın burada iqtisadi yox, geosiyasi maraqları var idi”, - sabiq səfir əlavə edib.

O, “Qarabağ münaqişəsinin uzun illər həmişə investorların başı üzərində bir təhlükə” olduğunu diqqətə çatdırıb.

Metyu Brayza Ermənistanın konstitusiyasında dəyişiklər edilməli olduğunu, oradan Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasınını zəruriliyini vurğulayıb.

Seçilən
5
4
xalqcebhesi.az

5Mənbələr