AZ

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 3 medal qazanıblar

Azərbaycanın taekvondo üzrə böyüklərdən ibarət millisinin üzvləri Polşada keçirilən “Polish Open” beynəlxalq turnirində 3 medal qazanıblar.

Bu barədə Operativ Media-ya Taekvondo Federasiyasının mətbuat xidmətindən bildirilib.

Komandamızın üzvü Minayə Əkbərova (46 kq) bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb. Millimizin üzvləri Qaşim Maqomedov (63 kq) və Cavad Ağayev (80 kq) isə bürünc medallara sahib çıxıblar.

Seçilən
18
10
operativmedia.az

10Mənbələr