AZ

ABŞ zənginləşdirilmiş uranın istehsalını bərpa etmək planı hazırlayır

ABŞ zənginləşdirilmiş uranın istehsalını bərpa etmək planı hazırlayır

ABŞ administrasiyası ölkə daxilində zənginləşdirilmiş uranın istehsalını tezliklə bərpa etmək üçün plan hazırlayır.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ daxili işlər naziri Daglas Bergam məlumat verib.

O bildirib ki, ABŞ kritik minerallara görə Çin və Rusiyadan asılı vəziyyətə düşüb. "Amerikanın Rusiyadan uran alması qəbuledilməzdir. Buna görə energetika naziri Kris Rayt ilə birlikdə ölkədə uran istehsalını tezliklə bərpa edəcək plan üzərində çalışırıq," – deyə Bergam əlavə edib.

Energetika naziri ABŞ-ın hələ də tam olaraq Rusiyadan urandan imtina edə bilmədiyini bildirmişdi. "Bloomberg"in məlumatına görə, ABŞ-ın 94 nüvə reaktoruna lazım olan zənginləşdirilmiş uranın təxminən dörddə biri Rusiyadan gəlir. Təchizatın ani dayandırılması ölkədə təxminən 5% elektrik istehsalına təsir edə bilər.

Seçilən
8
afn.az

1Mənbələr