AZ

Anklav kəndlər belə qaytarılacaq: Azərbaycan bu xəritədən istifadə edəcək - MÜSAHİBƏ

BAKI, 22 sentyabr. TELEQRAF

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Tofiq müəllim, Zəngəzur dəhlizi (Tramp marşurutu) ilə bağlı qaydaların necə olacağı ilə bağlı iddialar səngimir. Burada hər iki tərəfi razı salacaq mexanizm necə qurulacaq?

- Dəhlizlə bağlı səslənən şərtlərdən bir odur ki, burada tərəflər arasında heç bir təmas olmasın. Yəni, Azərbaycandan-Azərbaycana gedən vətəndaş Ermənistanın rəsmi şəxsləri ilə ünsiyyət qurmasın. Əslində bu texniki məsələdir. Burada hansısa müasir yanaşmalarla bəyan ediləcək ki, dəhlizdən hansı sayda insan keçib və s. Amma burada yüklərin daşınması mövzusu daha aktualdır. Çünki ermənilər tələb edirlər ki, Azərbaycandan-Azərbaycana yəni, Naxçıvana hansısa yüklər gedirsə, buna aid mexanizmlər də müəyyənləşməlidir. Eyni zamanda Azərbaycandan Zəngəzur dəhlizi vasitəsi ilə digər ölkəyə göndərilən yüklərlə bağlı isə qaydalar fərqli ola bilər və bu öncədən bəyan edilməlidir. Bu halda gömrük rüsumu və digər ödənişlərin olması mümkündür. Ümumulikdə texniki xarakterli bu məsələlərdə sadə mexanizmlərin də əldə olunması ehtimalı var.

- Erməni tərəfinin dəhlizə aid əsas istəyi nədən ibarətdir?

- Zəngəzurda yerləşən ərazilərlə digər bölgələr arasında bağlantını olması ermənilərin əsas istəklərindən biridir. Keçmiş sovetdövründə olduğu kimi İrəvandan Zəngəzura, Mincivana qədər dəmir yolu xəttinin bərpasını arzu edirlər.Buna aid də qaydaların tətbiqindən danışılır. Bütün bunlar isə siyasi deyil, daha çox texniki məsələlərdir. Danışıqları aparan mütəxəssislər də buna aid hansısa formatı tapa biləcəklər.

- Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya ilə bağlı aparılan danışıqlar çərçivəsində eksklav və anklav ərazilərlə bağlı məsələlər necə həll olunacaq?

- İndiki mərhələdə ekslavlar və anklav ərazilər məsələsi daha çox hansı dövrün xəritəsi əsasında müəyyənləşəcək prinsipinə bağlıdır. Keçmiş sovet dövrünə aid, Azərbaycanla Ermənistan sərhəddi ilə bağlı müxtəlif sənədlər mövcud olub. Azərbaycan tərəfi bu mövzuya aid keçmiş sovet dövründə tərtib edilmiş müxtəlif xəritələrdən və mənbələrdən yararlanacaq. Delimitasiya və demarkasiya prosesində bundan istifadə ediləcək. Anklav və eksklav ərazilər də bu məsələ ilə bağlıdır.

Seçilən
8
2
teleqraf.com

3Mənbələr